<b>Xatun "Anakonda" dediyi Natavanla barışmaq istəyir</b> - VİDEO
15 aprel 2019 11:05 (UTC +04:00)

Xatun "Anakonda" dediyi Natavanla barışmaq istəyir - VİDEO

Müğənni Xatun Əliyeva illərdir küsülü olduğu həmkarı Natavan Həbibiyə barışıq jesti edib.

 

Lent.az-ın məlumatına görə, Xatun “ATV maqazin onlarla” verilişində danışıb:

 

“Tünzalə Ağayeva ilə bir müddət öncə barışıdm. Natavan Həbibi ilə də özümü küsülü saymıram. Sağ-salamat ana olsun. Onun üçün dua edə bilərəm. Niyyətimdən Allahın xəbəri var. Xatirə ilə də barışmışam. Bir-iki küsülü olduğum insanlar var. Onlarla da barışaram. Burda nə var ki?”.

 

Xatırladaq ki, Xatun bir müddət öncə küsülü olduğu Natavan Həbibi barədə sərt açıqlama vermişdi:

"Natavan deyir ki, qızılam, brilliantam, məni istəyin, hər aqressiyam, nöqsanım və süni gülüşlərimlə sevin və qəbul edin. Çox qeyri-səmimidir, onunla danışmıram. Aramızda soyuqluq yaranmışdı. Natavan gəlib özü barışdı. Onu başa düşmürəm, başa düşmək məcburiyyətində də deyiləm. Mənə onun uşağıyammış kimi davranmağa başladı, qəbul etmədim. Səidə Sultan, Kərim Abbasov, Ramal və Natavanla eyni qrupda idik. O da "anakonda"lıq edirdi. Anam, anam mənim (gülür). Mən də dedim otur yerində, bacın qurban".

 

Qeyd edək ki, Xatun bundan öncə əməkdar artistlər Könül Kərimova, Tünzalə Ağayevaya və müğənnilər Rəqsanə İsmayılova, Xatirə İslam və başqalarına barışıq jesti edib.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ƏVVƏLKİ VƏ SONRAKI AÇIQLAMA

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957
avatar

Yalçın UĞUR

Oxşar yazılar