Sonuncu dəfə 2012-ci ildə “Eurovision" mahnı müsabiqəsinə qatılan Türkiyə yenidən Avropa səhnəsinə qayıtmaq qərarı alıb.
“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, 2018-ci ildə Türkiyənin “Manqa” qrupu ilə müsabiqədə təmsil olunacağı iddia edilir.
Bu qrup 2010-cu ildə də yarışmada iştirak etmiş və “We could be the same” mahnısı ilə 2-ci olmuşdu.
Qrup Tvitterdə ““Eurovision? Yenə, yenidən…” ifadələrini yazaraq Türkiyənin iştirakını təsdiqləyib. Lakin TRT tərəfindən hələlik rəsmi məlumat açıqlanmayıb.
Başqa sənətçilərlə də görüşmələrin aparıldığı və yaxın günlərdə son qərarın açıqlanacağı bildirilir.
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 2018-ci ildə Lissabonda keçiriləcək.