“Bu şəhərdə”nin senaristinin 140 minlik evi əlindən alındı
12 iyul 2019 15:18 (UTC +04:00)

“Bu şəhərdə”nin senaristinin 140 minlik evi əlindən alındı

“Bu şəhərdə” nin senaristi Müşfiq Abbasovun mənzili əlindən alınıb. O, bu barədə İnstaqramda məlumat yayıb.
 
Lent.az bildirir ki, senarist məsələnin detalları barədə Axşam.az-a danışıb:
 
“Appelyasiya məhkəməsi qərar çıxardı ki, 2013-cü ildə aldığım ev Həsənova Mehriban Həsən qızına məxsusdur. Məhkəmə bildirdi ki, notariusda olan alqı-satqı da, Dövlət Əmlak Komitəsinin verdiyi çıxarış da saxtadır. Evi Həsənova Gülrux Sənhan qızından almışam. 2019-cu ildə Gülruxun xalası peyda olub və iddia edir ki, evin onun imiş. Gülrux evi mənə dələduzluq yolu ilə satıb. Məhkəmədə iddialarını isbat etməyə çalışdı. Yasamal Rayon Məhkəməsi mənim, Appelyasiya isə Həsənova Mehribanın xeyrinə qətnamə çıxardı. Qərarda deyilir ki, ev Gülruxun yox, Mehribanın evidir. Mən də məntiq axtarıram ki, necə ev Mehribanın ola-ola Dövlət Əmlak Komitəsi çıxarış çıxarır, notarius bunu təsdiq edir. Belə çıxır ki, yaşadığınız ev hər an başqasının ola bilər”.
 
M.Abbasov bildirib ki, Ali Məhkəməyə müraciət edəcək:
 
“Qərar 10 iyulda çıxıb. Ali Məhkəməyə müraciət edəcəm. Məni evi satan Gülrux məsələdən kənara çəkilib. Deyir ki, heç nədən xəbəri yoxdur. Məni narahat etməyin. Bacısı qızı məndən pulu alıb, xalası da evi almaq istəyir – yəni, ikitərəfli qazanc. Evi 2013-cü ildə 140 min manata almışam. İndi isə qiyməti ikiqatdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar