“Ailəmin dağılmasına xəyanət səbəb oldu” - Lalə Məmmədova
28 noyabr 2014 18:17 (UTC +04:00)

“Ailəmin dağılmasına xəyanət səbəb oldu” - Lalə Məmmədova

 

 

“Ailəmin dağılmasında bir çox səbəblər oldu. Onlardan biri də xəyanət idi”.

 

Lent.az-ın "axşam.az" a istinadən xəbərinə görə, bu sözləri əməkdar artist Lalə Məmmədova “Space” kanalında yayımlanan “Günaydın” verilişində deyib. O, aparıcı Vüsalə Kərimovanın “Uşaqlarınız ataları ilə görüşürlər” sualına belə cavab verib: 

“Bu haqda çox danışmaq istəmirəm. Şükürlər olsun ki, övladlarımla bağlı hər şey qaydasındadır. Təəssüf ki, bu gün cəmiyyətimizdə ailə dəyərləri bəzi insanlar üçün çox ucuzlaşıb. Ailənin məsuliyyətini hər iki tərəf çəkməlidir. Tərəflərdən biri məsuliyyətsiz yanaşarsa, o biri tərəf üçün çətin olur”. 

Müğənni boşanmalardan daha çox uşaqların əziyyət çəkdiklərini deyib: 

“Mənim ailəmin dağılmasında çox səbəblər oldu. Onlardan biri də xəyanət idi. Mənim üçün ağrılı mövzudur. İnsan sonradan anlayır ki, geriyə dönüş yoxdur. Ayrılıqlarda ən çox da heç biri günahı olmayan uşaqlar əziyyət çəkir. Biz heç olmasa, hər hansı işlə məşğul olub, başımızı qatırıq”. 

Lalə Məmmədovanın aparıcının “Balaca qızınızı dünyaya gətirməyi niyə istədiniz? Ailəni əldə saxlamaq üçün” suallarına cavabı belə olub: 

“Övladın heç bir şeydə günahı yox idi. Onu mənə Allah vermişdi. Onun artıq ürəyi döyünürdü. Qızımın münasibətlərə heç bir aidiyyatı yoxdur. O, bizdən xahiş eləməmişdi ki, onu dünyaya gətirək. Heç vaxt mənim dilimdən övladlarımın atasının ünvanına pis söz eşitməzsiniz. O, mənim həyat yoldaşım olub. Ona sonadək hörmət edəcəm”. 

Qeyd edək ki, Lalə Məmmədovanın Nərgiz və Çinarə adlı iki qızı var. Müğənninin kiçik qızı bu ilin yanvarında dünyaya gəlib. 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6554
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07