İntizar Mustafa Cecelini məhkəməyə verdi: <span style="color:red;">“Mənə yaxınlaşmasın”
26 iyul 2018 15:52 (UTC +04:00)

İntizar Mustafa Cecelini məhkəməyə verdi: “Mənə yaxınlaşmasın”

Türkiyəli müğənni İntizar həmkarı Mustafa Cecelini məhkəməyə verib. O, Cecelinin həyat yoldaşı ilə bağlı yayılan son videolardan sonra kəskin addımlar atdığını bildirib. Lent.az milliyet.com.tr-a istinadla bildirir ki, məhkəmədə müğənni İntizarın şikayətinə baxılıb. Qərara görə, Mustafa Ceceli həmkarına 2 ay müddətə yaxınlaşa bilməyəcək. Ceceli İntizarla telefonla və digər vasitələrlə əlaqə saxlamaq imkanından məhrum qalacaq. Bundan başqa, Mustafa Ceceli qadın müğənnini aşağılayan ifadələrə yol verərsə, külli miqdarda təzminat ödəməli olacaq.

İntizar vəkili vasitəsi ilə məhkəməyə yazdığı ərizədə ona cangüdən ayrılmasını xahiş edib. İntizar Mustafa Cecelidən həyatı üçün təhlükə gözlədiyini də iddia edib.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Mustafa Ceceli video paylaşaraq həyat yoldaşının müğənni İntizarla intim əlaqələri olduğunu iddia etmişdi. Həmin videolar Türkiyə mətbuatında şok effekti yaratmışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Tural TURAN

Oxşar yazılar