Çoxsaylı plastik əməliyyatlardan sonra “Pişik qadın”a çevrilən və bu adla tanınan 74 yaşlı Coselin Vildenşteyn ərə gedir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ”Pişik qadın” dizayner sevgilisi Lloyd Klyanla ailə qurmağa hazırlaşır.
Lloyd Coselinə 32 karat briliyantla bəzədilən nişan üzüyü hədiyyə edib.
Qeyd edək ki, Vildenşteyn illər əvvəl ərinin çox sevdiyi pişiklərə bənzəməkdən ötrü plastik cərraha müraciət edib. 7 əməliyyatdan sonra istədiyi görünüşə sahib ola bilməyən “Pişik qadın” nikahını xilas edə bilməyib və milyonçu həyat yoldaşı Alek Vildenşteyndən boşanıb. O, daha sonra L.Klyanla tanış olub. 74 yaşlı Coselinin yeni sevgilisi isə onun bu görünüşünü qəbul edib. Cütlük artıq 14 ildir ki, bir yerdədir.