Xatirə İslamdan boşanma xəbərinə sərt reaksiya
14 noyabr 2023 10:59 (UTC +04:00)

Xatirə İslamdan boşanma xəbərinə sərt reaksiya

Müğənni Xatirə islam sosial şəbəkə səhifəsində izləyiciləri ilə sərt polemikaya girib.

 Lent.az-ın xəbərinə görə müğənni onun boşnama səbəbi ilə maraqlanan izləyicisinə boşanmadığını, lakin şəxsi həyatı ilə ağlı hər xırda təfərrüat barədə məlumat verməyə borclu olmadığını da qeyd edib.

O, "Xatirə xanım, həyat yoldaşınızdan niyə ayrılmısınız?" sualına  belə cavab verib. 

"Bunun sizə dəxli varsa, deyim. Nəyinizə lazımdır? Biz ayrılmamışıq. Belə bir şey olsa heç zaman gizlətmərəm. Amma sizin cümləniz mənasızdır. Göz önündə olan insan hər şeyini sizə danışmaq məcburiyyətində də deyil. Hamının şəxsi həyatı tək ona aiddir, sizə yox". 
 Qeyd edək ki, Xatirə və Fəxrəddinin Emil adlı bir oğulları var.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28407
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar