Son zamanlar səhnədə müğənnilərə əşya atmaq dəb halını alıb.
Lent.az xəbər verir ki, bu dəfə bu hadisənin qurbanı dünya şöhrətli reper Cardi B olub.
Konsertə gələn pərəstişkarlardan biri reperin üzərinə spirtli içki töküb. Buna əsəbiləşən Cardi B özünü saxlaya bilməyib və mikrofonu tamaşaçıların üstünə atıb.
Mühafizəçilər hadisəyə dərhal müdaxilə edib. Reperin həmin əsəbi anları kameralarda əks olunub.