Türkiyənin tanınmış müğənnisi Tuğba Özerk konsertində Bülent Ersoya mesaj göndərib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən axşam Türkiyənin Çankırı Bələdiyyəsinin təşkil etdiyi “Duz Festivalı”nda məşhur sənətçi Tuğba Özerk səhnəyə çıxıb.
İki yüz minə yaxın musiqisevərin qatıldığı gecədə səhnəyə çıxan Tuğba Özerk sevilən mahnılarını sevənləri ilə birlikdə səsləndirib.
Son zamanlar Barbie trendinə toxunan Özerk, “Bülent xanım belə barbi oldu. Zarafat bir yana, mən onu çox sevirəm. Amma görürsən ki, mən həm barbiyəm, həm də əsl qadınam, amma ən əsası real olmaqdır” deyərək, Bülent Ersoyla yumoristik şəkildə sataşmağından da qalmayıb.