Telli Borçalının adından istifadə edib beh  aldılar
10 oktyabr 2024 18:02 (UTC +04:00)

Telli Borçalının adından istifadə edib beh aldılar

Aşıq Telli Borçalı sosial şəbəkələrdə adından istifadə edərək dələduzluq edildiyini bildirib.

Lent.az xəbər verir ki, aşıq adına açılan saxta sosial media hesabı ilə insanlardan toyları üçün beh alındığını söyləyib:

"Mənim nə "Instagram"ım, nə feysbukum var. Heç bir sosial şəbəkədə yoxam. Dostlarımın israrı ilə ancaq vatsap açmışam. Amma görürəm ki, adımdan səhifələr açılır.

Bir dəfə başıma iş gəlib. Mənim prodüserim olduğunu deyib və toyun behini həmin adamdan alıb. Deyir indi, o adamın nömrəsi filan yoxdur, bağlayıb.

Mənə tarix deyir, cavab verirəm ki, həmin gün başqa toydayam. Belə şeylər var, insanları aldadırlar. Bilsinlər ki, mənim heç bir sosial media hesabım yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4317
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar