Moda Mükafatları 2024 mərasimi Böyük Britaniyanın paytaxtında keçirilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu il "İlin modeli" adına transseksual model Aleks Konsani layiq görülüb.
Bu, tarixdə ilk dəfədir ki, transgender qalib gəlir.
Fəxri mükafatı aldıqdan sonra Konsani səhnəyə çıxaraq çıxış edib. O, tamaşaçılara müraciət edərək onlara və valideynlərinə dəstəyə görə təşəkkür edib. Model əlavə edib ki, bu il transseksualın seçilməsini həqiqətən yüksək qiymətləndirir.
"İndi həmişəkindən daha çox, bu sənayedə bir-birini necə dəstəkləmək və ruhlandırmaq barədə danışmaq vacibdir. Xüsusilə də özlərini dəyərsiz hiss etdirənlər. Dəyişiklik təkcə mümkün deyil, həm də zəruridir", - Alex deyib.
O, "Instagram" səhifəsində mükafatın görüntülərini də paylaşıb və qeyd edib ki, qalib gələcəyini gözləmirdi, amma indi çox xoşbəxtdir: "Moda Mükafatları 2024 və bunu mümkün edən hər kəsə təşəkkür edirəm! Mən hələ də buna inana bilmirəm".
21 yaşlı Aleks əslən Kaliforniyadandır. Dediyinə görə, dörd yaşında bədənində özünü narahat hiss etdiyini anlamağa başlayıb. Zaman keçdikcə qadın geyimləri və kosmetika ilə daha çox maraqlanmağa başlayıb. 8 yaşında o qız olduğunu bilıdirib.
Valideynləri onu dəstəklədilər və yetkinlik dövründə Konsani hormon terapiyasından keçib.
Artıq 2015-ci ildə model agentliklə ilk müqaviləsini imzalayıb və dünyanın ən gənc transgender modeli olub. Zamanla onun karyerası inkişaf edib və Aleks qlobal brendlərinin podiumlarında görünməyə başlayıb.