Tanınmış sosial media fenomeni silahlı insident törətdi
15 dekabr 2023 14:22 (UTC +04:00)

Tanınmış sosial media fenomeni silahlı insident törətdi

Türkiyəli tanınmış sosial şəbəkə fenomeni və gözəllik mərkəzi sahibi Ece Ronay nəzarətə alınıb.

Lent.az xəbər verir ki,  Ronay keçmiş həyat yoldaşının iş yerini güllələməkdə günahlandırılır.

Sosial media fenomeni prosedurlar üçün polis bölməsinə aparılıb.

Bildirilir ki, fenomen Ronay bir müddətdir ki, silahlı hücumlarla gündəmdədir. Belə ki, Ronaya məxsus gözəllik mərkəzinin Bağdat küçəsi və Gebzedəki filialları naməlum şəxslər tərəfindən güllələnib.

Silahlı hücumlardan sonra açıqlama verən Ronay, "Biri məni bu hadisələrin içinə çəkməyə çalışır", - deyə açıqlama verib. 

Qeyd edək ki, əvvəllər videolar və paylaşımları ilə adından söz etdirən Ece Ronay daha sonra mahnı oxumaqla məşhurlaşıb. Onun  “YouTube”da 831 min, İnstaqramda isə 1,5 milyon izləyicisi var.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Sevinc Fərid

Oxşar yazılar