Məşhur aparıcı Zaur Nəbioğlu böyrəyini atasına verib.
Lent.az xəbər verir ki, bu barədə o, iştirak etdiyi verilişdə deyib:
“Atam çox ağır bir əməliyyat keçirib. Öz böyrəyimi atama vermək üçün müraciət etdim. O, razı olmurdu, “yox” deyirdi. Əməliyyat olunandan sonra bildi. Əməliyyata görə 6 ay efirdən uzaq qaldım. Allah bütün valideynlərin canını sağ etsin”.