"Ağ lotus" serialının 3-cü sezonunun aktyoru çəkilişlərin heyrətamiz detallarını paylaşıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məlum olub ki, Uolton Hoqqinsi çəkiliş meydançasında ilan sancıb və hətta buna görə xəstəxanaya da düşüb.
Təfərrüatlar
“Ağ lotus”un yeni sezonunun epizodlarından birində Hoqqinsin personajı, çılğın turist Rik Hatçett qəfəsdən bir dəstə zəhərli ilan buraxır, nəticədə sevgilisi Çelsi sancmadan sonra xəstəxanaya çatdırılır. Amma əslində, ilanın sancdığı Uolton Hoqqins olub.
Aktyorun qeyd etdiyi kimi, ilanlardan çox qorxur və əslində bu səhnəni çəkmək onun üçün əsl sınaq olub.
İlanı ilk dəfə əlinə alanda səmimi şəkildə ağlayıb. Aktyora sürünənlərlə necə davranmaq barədə göstərişlər verilib, amma bu, kömək etməyib, çünki ilanlardan biri aktyoru sancıb və o, əsəbi reaksiya verib: "Aman Allah, məni ilan sancdı!"
Ancaq buna baxmayaraq, Uolton Hoqqins yarası müalicə olunduqdan sonra 9 saatlıq çəkiliş gününə davam edib. Yalnız ertəsi gün rejissor aktyorun xəstəxanaya getməsinə icazə verib, Uolton belə cavab verib: "Nə üçün? İlanın zəhərli olmadığını dediniz. Mən yavaş-yavaş ölürəm?"
Xoşbəxtlikdən hər şey yaxşı olub: “Ağ lotus ulduzuna xəstəxanada profilaktik iynə vurulub və tez sağalıb.”