Məşhur müğənni Serdar Ortaç CHP-liləri və sənətçi Tarkanı söyüb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə TikTok istifadəçilərinə “Hamınız CHP-çısiniz” deyən Ortaç izləyicilərini də, həmkarı Tarkanı da söyüb.
Sərxoş halda olan Ortaç təhqiramiz ifadələr işlətdiyinə görə, evdəki köməkçisi telefonu götürərək yayımı dayandırıb.
Daha sonra Serdar Ortaç həmkarı, meqastar Tarkandan üzr istəyib.
"Heçnə xatırlamıram, indi oyandım, üzr istəyirəm"- deyə, ifaçı bildirib.