Seda Sayanla bağlı ŞOK İDDİA  - Sevgililəri ayırıb
18 mart 2022 09:21 (UTC +04:00)

Seda Sayanla bağlı ŞOK İDDİA - Sevgililəri ayırıb

Türkiyəli müğənni Seda Sayanla bağlı şok iddia irəli sürülüb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçının ailə qurmağa hazırlaşdığı müğənni Çağlar Öktəkin 4 illik sevgilisi Lara Şehiroğlu ilə yeni ayrılıb.

Ayrılığa səbəb Seda Sayan göstərilir. Seda "Ayrıl, sənin üçün albom hazırladacağam" təklifindən sonra Çağlar Larayla münasibətini bitirib.
Sayanla müğənninin evlilik xəbərləri ortaya çıxana qədər Laranın İnstaqram hesabında Öktəkinlə birgə fotoları da yer alırdı.
Qeyd edək ki, cütlüyün toyu mayda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3117
avatar

Yalçın UĞUR

Oxşar yazılar