Ahbap Dərnəyi ilə bağlı istintaq çərçivəsində saxlanılan müğənni Haluk Leventin kazinoda rulet masası arxasında çəkilmiş fotoları üzə çıxıb.
Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, foto qısa zamanda sosial şəbəkələrdə yayılıb. Görüntülər ona qarşı şübhələri daha da artırıb.
Həmçinin, korrupsiya iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılanların sayı 37-yə çatıb. Bundan əlavə, əməliyyat zamanı daha 4 şirkət ələ keçirilib.
İş üzrə əsas şübhəli şəxs qismində saxlanılan Haluk Leventin İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsində ifadəsinin alınması davam etdirilir.