Dünya şöhrətli müğənni Şakira yeni mahnısı ilə “Copa Vacia” üçün "Su pərisi" rəqsini edərək şəxsi "Instagram" hesabında paylaşıb.
Lent.az xəbər verir ki, müğənni iyunun sonlarında təqdim etdiyi mahnını Manuel Turizo ilə birlikdə ifa edib.
Qeyd edək ki, klipdə müğənni su pərisinə çevrilir. Həmçinin, klipdə bir kişiyə aşiq olması və hər şeyi ona qurban verməsi haqqında danışılır. Kişi isə əksinə baş qəhrəmana aşiq deyil və onu xilas etmək əvəzinə qəfəsə salır.
Şakiranın rəqsini təqdim edirik: