Barbadoslu müğənni Rihannanın məşhru reper nişanlısı Eysap Rokinin (Rakim Mayers) "Formula 1" çempionatı ilə əməkdaşlıq çərçivəsində PUMA brendi ilə əməkdaşlığa başlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, layihənin kreativ direktoru təyin edilib və hazırda beynəlxalq dizayner kimi işləməyə hazırlaşır. Sənətçi marka üçün artıq ilk fotosessiyasını da etdirib.
Reper öz növbəsində yarış günü satılacaq bir neçə geyim kolleksiyasını təqdim edəcək. Onlardan birincisi noyabrda Las-Veqas Qran Prisində debüt edəcək.
Qeyd edək ki, Eysap və Rihannanın iki övladı var.