Aktrisa və müğənni Cennifer Lopez restorana 42,5 min dollarlıq çanta ilə gəlib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o həyat yoldaşı Ben Afflek və övladları ilə Beverli-Hillsdə şam yeməyi zamanı fotokameralara tuş gəlib. 54 yaşlı Lopez tünd göy rəngli “Burberry” markasından paltarı, “Valentino”dan olan kəməri, qəhvəyi zamşadan dizə qədər çəkmələr ilə diqqət çəkib.
Onu obrazını “Grizzly Hermès Birkin” çantası tamamlayıb. Bu çantaların qiyməti 42.500 dollar təşkil edir.