Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib.
Lent.az xəbər verir ki, bu haqda danışan Zaur "2 il yanında işləyib, indi çıxardıb. Deyir ki, mənə dəstək oldu, işə götürdü. İndi şikayət edir ki, niyə məni işdən çıxartdı" sözlərini işlədib.
Niyam isə cavabında deyib: "Yalan danışır. Elə sənətkarın xanımını işə dəvət edəndə adını nə qoyum? Gülü yanımda nə işləyir? Aşpaz köməkçisi? Yox. O, işləmir, adı Niyamın yanında olmaqdır. Yanımda sağ əlim olacaq".