Rəfiqəsi Kirkorovla  ayrılıq səbəbini   AÇIQLADI
03 noyabr 2023 13:22 (UTC +04:00)

Rəfiqəsi Kirkorovla ayrılıq səbəbini AÇIQLADI

Alla Puqaçova və Filipp Kirkorov çoxdan ayrılsalar da fanatları hələ də bunun səbəblərini öyrənməyə çalışırlar.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Puqaçovanın yaxın rəfiqəsi, aktrisa Lyubov Aksenova onların ayrılmasının səbəbini açıqlayıb.

“Onlar eyni yox, müxtəlif istiqamətlərə baxırdılar. Biz qadınlar bunu sevmirik. Ayrılmalarına səbəb də bu oldu”, - o bildirib.

O, Alla Puqaçovanın digər həyat yoldaşları barədə də danışıb.

“Alla heç bir həyat yoldaşının əvəzinə pul ödəməyib. Onun ərlərinin hamısı səxavətli olub. Yalnız Allanın ikinci əri Aleksandr Stefanoviç onu istismar etməyə çalışırdı”, -  Aksenova vurğulayıb.

Bir müddət öncə Puqaçova ilə Kirkorovun ayrılıq səbəbi kimi, Rusiya mediasında Kirkorovun homoseksual əlaqələrə girməsi iddia olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4062
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar