"Alla Puqaçovanın əri Maksim Qalkin Rusiyanın növbəti prezidenti olsun".
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məşhur müğənni Layma Vaykule "Ehtiyatlı olun, Sobçak" verilişində deyib.
Vaykule bildirib ki, Puqaçova ilə onun həmişə dostluq münasibətləri olub:
"İnanıram ki, Alla ona qarşı tənqidlərin öhdəsindən layiqincə gələcək" - müğənni bildirib.