Erməni əsilli rusiyalı yumorist Yevgeni Petrosyanın 669 rubl (12286 manat) vergi borcu olduğu üzə çıxıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu ilin avqust ayında Petrosyanın arvadı Tatyana Bruxunovanın “Louis Vuitton” markasından 221 min rubl qiyməti olan çanta gəzdirdiyi yazılmışdı. Sosial şəbəkə istifadəçiləri yumoristin borclarına rəğmən lüks həyatından geri qalmadığını bildiriblər.
O həm özü, həm də xanımı ən bahalı modelyerlərin libaslarından ibarət kolleksiya sahibidirlər.
Petrosyan və Bruxunova 2019-cu ilin dekabr ayında ailə qurublar. Onun ikinci arvadından 3 yaşlı oğlu var.
Petrosyan keçmiş arvadı, aktrisa Yelena Stepanenkoya boşanarkən xeyli maddi zərbə vurmuşdu.