Onlar niyə Ginnesin Rekordlar Kitabına düşdü? - Qəribə hadisə
16 oktyabr 2024 11:58 (UTC +04:00)

Onlar niyə Ginnesin Rekordlar Kitabına düşdü? - Qəribə hadisə

Ginnesin Rekordlar Kitabında ən kiçik və ən uzun boylu kişi və qadınların, ən uzun dırnaqlı və ya bahalı saç düzümü olan insanların adları var.

Lent.az-ın xəbərinə görə, 58 yaşlı hindistanlı Radhakant Bajpai də qulaqlarında uzanan saçları sayəsində şanslılar arasına düşüb.

Bajpainin qulaqlarından çıxan saçın uzunluğu 25 santimetrə çatıb ki, bu da onu tam hüquqlu rekordçu edir. Qeyd edək ki, bu, yaşlı hindlinin həyatında ikinci rekorddur.

İlk dəfə qulaqlarındakı saçların uzunluğu 13 sm-ə çatdıqda da rekordçu olmuşdu.

Hər kəs bu optimizmi bölüşmür. Hətta arvadı dəfələrlə rekordçudan saçını kəsdirməyi xahiş edib.
O, ərinin hobbisi ilə yalnız ona Ginnesin Rekordlar Kitabından sertifikat göstərdikdən sonra razılaşıb.

Bajpai 40 ildir qulağındakı tüklərə toxunmur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5607
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar