Niyaməddin Musayev saxlanılıb? - DİN-dən CAVAB
17 iyun 2024 11:53 (UTC +04:00)

Niyaməddin Musayev saxlanılıb? - DİN-dən CAVAB

“Xalq artisti Niyaməddin Musayev polis tərəfindən saxlanılmayıb”.

Bu barədə Lent az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verilib.

Bildirilib ki, Xalq artisti saxlanılmayıb:

“O, parkinqə görə qeydiyyatın aparılması ilə bağlı ərazidə xidmət aparan polis əməkdaşından kömək istəyib. Polis əməkdaşları da kömək edib. O da öz təşəkkürünü bildirib”.

***

11:10

Xalq artisti Niyaməddin Musayev polis tərəfindən saxlanılıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, müğənni Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, müvafiq söhbət aparılıb.

Müğənnin hansı səbəbdən saxlanıldığı məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4521
avatar

Oxşar yazılar