Xalq artisti Nazpəri Dostəliyeva
29 mart 2021 09:07 (UTC +04:00)

Xalq artisti Nazpəri Dostəliyeva

Nazpəri Dostəliyeva oğlu barədə bu sözləri yazdı

Xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün əvvəl dünyasını dəyişən oğlu Əli ilə bağlı sosial şəbəkədə status yazıb. Lent.az-ın məlumatına görə, müğənni paylaşımında bu sözləri yazıb:

"Məkanın cənnət olsun, Əli balam. Nə qədər yansam da bir təsəllim var: şəhid analarından artıq deyiləm. Övlad itirən valideynlər, Allah bizə səbir versin. Bu ağır günümdə yanımda olan, məni axtaran dostlarım, əzizlərim, Allah hər birinizdən razı olsun".

Qeyd edək ki, Əli 41 yaşında infarktdan dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6933
avatar

Yalçın UĞUR

Oxşar yazılar