Selen Görgüzəl
13 yanvar 2026 10:43 (UTC +04:00)

Selen Görgüzəl

Narkotikə görə tutulan məşhurun vəkili: Hotel məsələsi...

0

Türkiyənin məşhur şəxslərə qarşı aparılan narkotik əməliyyatları çərçivəsində saxlanılan aktrisa və müğənni Selen Görgüzəlin sərbəst buraxıldığı məlum olub.

Lent.az xəbər verir ki, onun vəkili məsələ ilə bağlı ilk açıqlama verib.

İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan “narkotik” araşdırması çərçivəsində aktrisa Selen Görgüzel saxlanılmışdı. Son günlər Survivor yarışması ilə maqazin gündəmindən düşməyən Selen Görgüzel məhkəməyə göndərilib və barəsində məhkəmə nəzarəti tətbiq edilməsi tələbi ilə sülh cəza hakiminə təqdim olunub.

Məşhur şəxsin vəkili sosial mediada paylaşdığı mesajda aşağıdakı fikirləri bildirib:

“Müvəkkilim Selen Görgüzel 09/01/2026 tarixində ifadəsi alınmaq üçün evindən polis idarəsinə dəvət olunub. İfadənin mövzusu ictimaiyyətə əks olunan “Bebek Hotel” və ya narkotik iddiaları ilə heç bir şəkildə əlaqəli deyil. Bu gün İstanbul Respublika Baş Prokurorluğunda aparılan prosedurlar tamamlanıb və müvəkkilim barəsində heç bir imza öhdəliyi və ya məhkəmə nəzarəti qərarı tətbiq edilmədən sərbəst buraxılıb. Müvəkkilimiz sözügedən iş üzrə tərəf deyil, əksinə zərərçəkən mövqeyindədir. Yaxın günlərdə ictimaiyyətə və mətbuata daha geniş açıqlamalar tərəfimizdən veriləcək.”

Sərbəst buraxılan Selen Görgüzəldən isə hələlik hər hansı açıqlama gəlməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar