Narkotikə görə tutulan   məşhur mömin oldu
23 dekabr 2025 15:47 (UTC +04:00)

Narkotikə görə tutulan məşhur mömin oldu

0

Şeyma Subaşı barəsində narkotik əməliyyatı çərçivəsində saxlanılma qərarı verildikdən sonra sosial mediada "Qurani-Kərim" paylaşımı edib.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Acun İlıcalının keçmiş həyat yoldaşı olan Subaşı İstanbul Cumhuriyyət Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqı fonunda "Instagram" hesabında açıqlama verib. O bildirib ki, hazırda xaricdədir və yaxın zamanda Türkiyəyə qayıdacaq. Subaşı ölkəyə döndükdən sonra məsələ ilə bağlı daha ətraflı məlumat verəcəyini qeyd edib.

Bunun ardınca o, sosial şəbəkədə hekayə bölməsində "Qurani-Kərim"in türk dilində tərcümə olunmuş bir səhifəsini və təsbeh fotosunu paylaşıb.

Şeyma Subaşı ertəsi axşam yenidən "Qurani-Kərim"dən bir səhifə paylaşaraq, “Mən dəyişməmişəm; sadəcə qəlbimin istiqaməti dərinləşib. Allah hər kəsə bu halı nəsib etsin” sözlərini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar