Teoman və Ahmet Mümtaz Taylan
23 yanvar 2026 10:24 (UTC +04:00)

Teoman və Ahmet Mümtaz Taylan

“Müğənni olduğum üçün anam məndən utanırdı” - Teoman

0

Türkiyənin məşhur müğənnisi Teoman qonaq olduğu “Empati” proqramında etdiyi açıqlamalarla gündəm yaradıb.

Lent.az xəbər verir ki, “Anam illərlə üzüldü, müğənni olduğuma görə utandı” deyən məşhur rok ifaçısı atalıq mövzusunda da diqqətçəkən bir etiraf edib: “Xəyalımdakı kimi bir ata ola bilmədim.”

Teoman Ahmet Mümtaz Taylanın aparıcılıq etdiyi “Empati” proqramına qonaq olub. Məşhur rok ifaçısı bunları deyib: “Mən öz hisslərimi daim təhlil etməyə və onları cilovlamağa çalışan biriyəm. Uşaqlıqda ətrafda necə bir mühitdə olursansa, o sənə keçir. Axırda anamda ən bəyənmədiyim xüsusiyyətlər mənə keçdi. Depressiya da daxil. Özümü sakit bir insan etməyə çalışıram. Səhərlər bəzən səbəbini bilmədən əsəblə oyanıram. Özümü cilovlamadan çölə çıxsam, problem yaradıram. Sonra etdiklərimdən utanıram!”

2 yaşında atasını itirdiyini danışan müğənni sözlərini belə davam etdirib:

“Mən bir kişi fiquru tanımadım. Ona görə də mənim kişi fiqurum Zagor və Elvis Preslidir... Həqiqi bir kişi necə davranır, nə edir, necə edir görmədim. Tək uşağam. Evdə üç qadın var, heç bir kişini tanımırsan. Kişilər dünyasını da sevmirəm, ora mənə kobud gəlir.

Dünyaya baxanda böyük ədalətsizliklər, müharibələr var və sən qorxaq bir uşaq kimi böyüyürsən. Ata insana güvən verən bir şeydir, onun yoxluğunda özünü gücsüz hiss edirsən. Mənə nəsə olsa məni qoruyacaq heç kim yoxdur deyə düşünürsən, o da insanda stress yaradır, axırda narahat birinə çevrilirsən. Amma qadınlardan ala biləcəyin incəlikləri alırsan; anandan, bibindən, nənəndən... Qız yoldaşlarım həddindən artıq feminist bir şey edəndə onlara deyirəm ki, kişiləri tanımıram, mən qadınları tanıyıram”. ’ deyirəm.”

Teoman “Anan rok ulduzu olmaq məsələsini necə qarşıladı?” sualına da cavab verib:

“Anam bunu hələ də həzm edə bilmədi! Müəllimlərimdən məni həmişə ağıllı, tərbiyəli uşaq kimi eşitdiyi üçün elə zənn etdi ki, mən prezident olacağam! Boğaziçi Universitetinə girdim, saçlarım uzundur, müğənni olacağam deyirəm, o isə məhv olur. Cəmiyyətdə statusum daha yaxşı bir şey olsun istəyirdi. İllərlə üzüldü, müğənni olmağımdan utandı.

İndi-indi rahatladı, artıq mən bu yaşa gəldikdən sonra. Bunun səbəbi də dostlarının Teomanı çox sevirik deməsidir. Hələ də etdiyim işi bəyənmir, heç mənə yaraşdırmır, amma dostları və qonşular Teomanı çox sevirik dediyi üçün xoşbəxt olur. Axırda onu xoşbəxt edə bildim.”

Ayşe Kaya ilə evliliyindən Zeyno adlı bir qızı olan Teoman atalıq mövzusunda da bir etiraf edib:

“Evliliyi rasional bir qərar kimi etdik. O, doğru ana seçimiydi. Mən əsib-gürləyərəm, amma yaxşı adamam. Atalıqda özümü əslində çox bəyənmirəm. Xəyalımdakı kimi bir ata ola bilmədim; amma sonra özümü belə inandırdım: Teoman, yaxşı ata necə olar bilmirəm, heç görməmişəm, onun nə edəcəyini kitablarla da oxuya bilməzsən. Saxtakarlıqla isti bir ata rolundansa, qızına dürüst bir ata olsan daha yaxşıdır.”

Teoman, Empati proqramı, Ahmet Mümtaz Taylan, müsahibə, ana ilə münasibət, depressiya, melankoliya, uşaqlıq travması, ata itkisi, atalıq etirafı, rok musiqi, Türkiyə şou-biznesi

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar