Amerikalı müğənni Britni Spirs açıq-saçıq şəkilləri paylaşmağı sevdiyini söyləyib.
Lent.az xəbər verir ki, bu barədə o "Page Six" jurnalına müsahibə verib.
Müğənni etiraf edib ki, o, mütəmadi olaraq çılpaq şəkillər çəkdirir və fotosessiya etdirir.
“Bir çox insan niyə belə davranmaq istədiyimi başa düşmür. Amma ictimai rəğbət naminə bütün həyatlarını çılpaq poza verməyə məcbur etsələr, mənim belə kadrlar çəkmək istəyimi başa düşərdilər”, - o, aydınlıq gətirib.
2022-ci ilin dekabrında Britni Spirsin keçmiş əri onun çılpaq fotosu ilə bağlı fikirlərini açıqlayıb. Fitness məşqçisi Sem Asqari qeyd edib ki, onun sosial şəbəkələrdə bu cür görüntülər yerləşdirmək istəyi əslində müsbət qarşılanmır. Eyni zamanda, o, açıq-saçıq məzmun yerləşdirdiyinə görə məşhuru tənqid edən pərəstişkarlarının davranışından qəzəblənib.
41 yaşlı Britni Spirslə 29 yaşlı Semlə avqustun ortalarında boşanıb. Boşanmanın səbəbi, kişinin dediyinə görə, barışmaz fikir ayrılıqları olub.