Əməkdar artist Ruhəngiz Allahverdiyeva oğlunu evləndirmək üçün qız axtarır.
Lent.az-ın məlumatına görə, müğənni bu barədə "Ona qalsa" verilişində danışıb:
"Üç övladım var. İkisi subaydır. Oğluma qız axtarıram. Deyib ki, anam seçsin. Tərbiyəsi mən deyən olmalıdır, amma oğlum sevsin. Ömrünü onunla yaşayacaq. İndiki zamanda qız tapmaq çətindir. Heç kimə söz demirəm, xanımlarımız çox yaxşıdır. Qız qalıb ki?.."