Türkiyənin məşhur aktyoru Barış Arduç və həmkarı Gupse Özay çimərlikdə görüntülənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yay aylarını “Çeşme”dəki evlərində keçirən Gupse Özay və Barış Arduçun sentyabrın 9-da 1 yaşı tamam olacaq kiçik qızları Can Asya ilə dəniz keyfi edib.
Ailəyə dostları Engin Öztürk və Öykü Karayeldə qatılıb. Anası və atası ilə suda oyun oynayan Can Asya şirinliyi ilə çimərlikdə diqqət mərkəzinə düşüb.