Dünya şöhrətli müğənni Teylor Sviftin sevgilisi, futbolçu Trevis Kelsi xanımına xoş təəssürat buraxmaq üçün böyük bir mülk bağışlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, futbolçu bu malikanəni 6 milyon dollara alıb.
O, Sviftin təmtəraqlı yaşayış tərzi qarşısında öz sadə evinə görə utanırmış. Buna görə malikanə alaraq Teylora bağışlayıb. Cütlük hazırda Kanzas Siti şəhərində qapalı ərazidə yerləşən həmin malikanədə yaşayır. Bu onlara paparazzilərin kameralarından yayınmağa da imkan yaradır.
Malikanə 1,4 min kvadrat metr ərazini əhatə edir. 6 yataq otağı, 6 vanna otağı, çoxlu sayda yardımçı otaqlardan ibarət evin həyətində şəlalə, hovuz və tennis kortu var.
Qeyd edək ki, Teylor Svift hazırda dünyanın ən bahalı pop ulduzlarından biridir. Onun hər qastrol səfərindən əldə olunan gəliri milyardlarla ölçülür.