Türkiyənin məşhur müğənnisi Tuğba Özerk imarətinin qapılarını açıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni qapıları Türkiyənin "Kanal D" telekanalında yayımlanan “Evrim Akın ile Ev Gezmesi” proqramı üçün açıb. “Bebek”dəki malikanəsində möhtəşəm boğaz mənzərəsi ilə evinin qapılarını açan müğənni etdiyi dəyişikliklərdən danışıb.
Təmizliyi ilə diqqət çəkən və evini sirkəylə təmizlədiyini deyən Özerk böyük qonaq otağını daha çox mavi, bej və qızılı rənglərlə dizayn edib.