Türkiyənin məşhur müğənnisi Aleyna Tilki etirafı ilə gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni son günlər dərdlərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
Keçən il depressiyaya düşdüyünü deyən gənc müğənni sözlərini belə davam etdirib:
“Ötən il depressiyaya düşdüyümü demişdim. Təbii ki, gün keçdikcə həyatımda fərqli duyğular yaşadım. Dostlarımla çox gözəl günlər keçirdim. Bu dönəmdə heç kimi görmək istəmədiyim günlərim də oldu”.