Türkiyəli məşhur model Cansu Özlevi əri aldadıb.
Lent.az xarici KİV-ə istinadən xeber verir ki, modelyer Cansu Özlevi ötən aylarda əri Yosi Özlevi tərəfindən zorakılığa məruz qaldığını əsas gətirərək boşanmaq üçün məhkəməyə müraciət edib.
Lakin övladı olan cütlük evliliklərini qurtarmaq üçün özlərinə bir daha şans veriblər. Mehmet Ali Erbilin qızı Yasmin Erbillə daha əvvəl adı hallanan Özlevinin ərinin bu dəfə də ən yaxın rəfiqəsi ilə gizli eşq yaşadığı iddia edilib.
Məşhur modelyer həyat yoldaşının onu ən yaxın dostu İpek Esmerlə aldatdığını öyrənəndə məhkəməyə müraciət edib. İddialara görə, iş adamı ilə Esmer 5 aydır ki, gizlin eşq yaşayırmış.
Məşhur modelyer dostu Esmeri həm əyləncədə, həm də həyat yoldaşına məxsus gəmidə görəndə şoka düşüb. Hətta rəfiqəsinə zəng edərək “həyat yoldaşımla birlikdə əyləncədə iştirak etmisən” deyə soruşduğunu, lakin rəfiqəsinin görüntüləri olsa da, vəziyyəti təkzib edərək ona yalan danışdığını bildirib.
Məhkəməyə gedən Özlevi həm aldadıldığına dair sübutları, həm də şiddət gördüyünü təsdiq edən sənədləri məhkəməyə təhvil verib.
Həmin sənədləri təqdim edirik: