Məşhur model təhdid edildi
04 fevral 2025 18:40 (UTC +04:00)

Məşhur model təhdid edildi

4 illik əri Uğur Akkuş ilə boşanma prosesi davam edən Ebru Şallı, yaxın ətrafının və dostlarının təhdid altında olduğunu söyləyib.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, əvvəlcə "Evlilik bitdiyinə görə susdum" deyən Şallı, sosial media hesabında yazılı bir açıqlama paylaşıb.

"Bilindiyi kimi, 7 aydır ayrı yaşadığım və hələ də boşanma mərhələsində olduğum Uğur Akkuş tərəfindən son üç aydır ətrafımdakı bütün insanlara qarşı narahatedici və qəbul edilə bilməz mesajlar göndərilir, sosial media hesablarından açıqlamalar edilir və əsassız ittihamlar, təhqirlər və iftiralar, ölüm təhdidləri ilə bütün ətrafım və yaxın dostlarım və mətbuat işçiləri narahat edilir və təqib olunur.

Bütün yaxın ətrafımın məruz qaldığı bu üzücü və utancverici vəziyyət mənə, ailəmə və yaxınlarıma dərin təsir edib. Həmişə hüququn üstünlüyünə və ədalətə, inanan biri olaraq, bu vəziyyəti hüquqi çərçivədə həll etməkdə olduğumu, qoruma qərarı, prokurorluq şikayətləri və boşanma işi də daxil bütün hüquqi addımları atdığımı və atmağa davam edəcəyimi ictimaiyyətə bildirmək və bu prosesdə mənə və ətrafıma qarşı hər hansı bir yanlış məlumatın etibar edilməməsini xüsusilə vurğulamaq istəyirəm.

Bu çətin prosesdə göstərdiyiniz anlayış və dəstək üçün təşəkkür edirəm".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar