Balerina Anastasiya Voloçkova şou verişilərin birində yaradıcılığa, seksuallığa və xeyirxahlığa meylli olduğunu etiraf edib.
“Hər bir insan həyatda nəyəsə aludə olur. Mən yaradıcılıq, sevgi, seksuallıq, gözəllik, xeyirxahlıq ilə məşğulam. Həmişə yaxınımda bir sevdiyim var. Belə çıxır ki, Kainat başa düşür ki, mən təkliyə nifrət edirəm, dözə bilmirəm”, -
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Voloçkova bildirib.
Balerinanın sözlərinə görə, buna görə də onun həyatında Voloçkova üçün dəyərli olan romantik münasibətlər tezliklə başqaları ilə əvəzlənir. Verilişin aparıcısı Pavel Volya rəqqasədən Cim Kerri ilə necə münasibət qurduğunu soruşub. Buna cavab olaraq balerina amerikalı aktyorun əla öpüşmə qabiliyyətinə malik olduğunu etiraf edib.
Bir gün əvvəl Voloçkova bir fanatın bir neçə milyon rubl dəyərində hədiyyəsi ilə öyünüb.
Voloçkovanın sözlərinə görə, sevgilisi ona dəyəri beş milyon rubldan çox olan (50 min dollardan çox) 4,9 karatlıq brilyant üzük hədiyyə edib. Sənətçi qeyd edib ki, bu fanat onun yeni sevgilisi deyil. Ulduz əmin edib ki, kişi sadəcə onu çox sevir və heyrandır.