Məşhur aktyorun ombasını dodağına tikdilər - ŞOK SƏBƏB
11 noyabr 2023 10:15 (UTC +04:00)

Məşhur aktyorun ombasını dodağına tikdilər - ŞOK SƏBƏB

Türkiyəli məşhur kinoaktyor Levent Ürgen göz qapaqlarını kəsdirərək cavanlaşma əməliyyatı etdirib.

Lent.az-ın xəbərinə görə, bu barədə 61 yaşlı aktyor özü sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, gözünün üstündəki artıq dərini götüzdürdükdən sonra gözlərinə aydınlıq gəlib, daha yaxşı görməyə başlayıb.

Levent Ürgen qatıldığı teleproqramlardan birində estetik əməliyyatlarla çox bağlı maraqlı bir xatirəsini də paylaşıb.

“İllər öncə evdə it bəsləyirdim. Balaca və şirin idi. Onu öpmək istədim, dodağımı dişlədi. Bu elə belə dişləmə deyildi, dişləyib qopardı və yedi. Ağzım, üzüm qan içində dərhal xəstəxanaya getdim. Dedilər dodağına bədənindən kəsib bir toxuma tikməsək, əyri qalacaq. Mən də razılaşdım. Ən yaxşı yer olaraq ombamdan  müəyyən hissə kəsəcəklərini dedilər. Beləcə popomu dodağıma tikdilər. İndi məni öpən xanımlar düşünsünlər”,- deyə qəhqəhə çəkən aktyor dodağındakı çapığı gizlətmək üçün bığ saxladığını bildirib.

# 3582
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar