Müğənni Nadir Qafarzadə səhərlər yuxudan dura bilmədiyi üçün səhər çağı çağırıldığı proqramlara qatılmayacağını bildirib.
Lent.az-ın xəbərinə görə, bu barədə o, öz sosial şəbəkə hesabında məlumat verib.
"Bütün aparıcılara səslənirəm, xüsusən də, səhər verilişlərinin, hansı ki, saat 10:00-da başlayır, məni dəvət etməyin. Oyana bilmirəm. Bütün əsəblərim gedir. O veriliş mənə lazım deyil demirəm, sadəcə mənə çətindir. Səhər verilişlərini istəmirəm. Əsəbim, vaxtım, enerjim gedir. Səhər yatmaq istəyirəm. Ən gözəl vaxtdır səhər 8-10-da yatmaq. İşlərim axşam olur deyə, evə gec gəlirəm. Ona görə, məni səhər verilişlərinə dəvət etməyin, xahiş edirəm”,- deyən müğənni bildirib ki, dəvətlərdən imtina etmək üçün dəfələrlə yalan danışmalı olub:
"Yalançı olmaqdan bezmişəm. Nə qədər bəhanə gətirmək olar, nənəm-babam öldü, nə bilim, it-pişiyimiz öldü. Şəxsən öz payıma deyirəm, məni dəvət etməyin".