"Maska” şouda heç kim bir-birinin  üzünü görmür”  - Kəmalə Piriyeva
31 yanvar 2024 18:33 (UTC +04:00)

"Maska” şouda heç kim bir-birinin üzünü görmür” - Kəmalə Piriyeva

Son günlər Azərbaycan teleməkanında ən baxımlı proqramlardan olan “Maska” şousunda gizlilik necə qorunur? Doğrudan dedektivlər iştirakçıların kimliyini bilmir? Bu sual çoxlarını düşündürür.

Lent.az bu sualın cavabını proqramın “Kəpənəyindən” almağa çalışıb.

“Maska" şouda gizlilik o səviyyədədir ki, heç kim bir-birinin üzünü görmür. Bütün iştirakçılarla heç kəsə bir kəlmə deməmək barədə şərt kəsilir. Bu barədə hətta ailə üzvlərimiz də heç nə bilmir. Elə məhz bu qayda orada iştirakı çətinləşdirir”.

Bu fikirləri Lent.az-a açıqlamasında şouda kəpənək obrazı ilə çıxış edən aktrisa və aparıcı Kəmalə Piriyeva deyib.

O şoudan özü getmək arzusunda olduğunu bildirib.

“Bu veriliş üçün bizim mahnılarımız öncədən yazılmışdı. Mənə təklif gələndə kəpənək kostyumunu görüb Kəpənək obrazında olmaq istədiyimi dedim. Amma inanın, o kostyumu geyinmək asan deyildi. Çəkilişlər hələ yayda başlamışdı. Kostyumun içində çox isti olurdu, maskam da burnumun üstünü sürtmüşdü buna görə dözmək heç də asan olmurdu”, - o bildirib.

“Şou o dərəcədə mükəmməl hazırlanmışdı ki, heç kim bir-birinin üzünü görə bilmirdi. Hər iştirakçıya ayrıca otaq ayrılmışdı. Məsələn, çıxıb tualetə getmək lazım gəlirdisə, komandaya bildiriş gedirdi ki, iştirakçı dəhlizə çıxır. Bütün dəhlizlər boşaldılırdı ki, kimin dəhlizə çıxdığını heç kim görməsin.

Telekanalın ətrafında maşınlarımızın görünüb tanınmaması üçün bizi ora xüsusi maşınlarla aparıb gətirirdilər, görüşü isə neytral ərazidə təşkil edirdilər. Məsələn, məni hansısa bir parkın ərazisindən götürüb telekanala aparır, içəriyə də son dərəcə gizli yollarla salırdılar. Bu məsələdə ən çətini ailə üzvlərimizdən harada olduğumuzu gizlətmək idi”, - o bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5361
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07