Dünya şöhrətli Madonnanın qızı, model Lurdes Leon dizayner Dion Linin kolleksiyasının reklam üzü olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, model “Cage Chain” brendinin reklam çəkilişlərində yarıçılpaq və çılpaq halda kamera qarşısına keçib. 26 yaşlı Lurdes birinci şəkildə qara dəri alt geyimində, ikincidə isə çılpaq poz verib.
Qeyd edək ki, Lurdes keçən il ilk dəfə Lolaxol təxəllüsü ilə mahnı ifa edib. Lakin hələlik anası qədər şöhrət qazandığını demək olmaz.