Madonna iki gün komada  qaldı: müğənni kritik vəziyyətdən  necə sağ çıxdığını DANIŞDI
02 iyul 2026 19:07 (UTC +04:00)

Madonna iki gün komada qaldı: müğənni kritik vəziyyətdən necə sağ çıxdığını DANIŞDI

0

Dünya şöhrətli müğənni Madonna həyatının ən ağır dövrlərindən biri barədə ilk dəfə açıq danışıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, 2023-cü ildə ağır bakterial infeksiya nəticəsində yaranan sepsis diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti kritik olduğundan onda ağciyər və böyrək çatışmazlığı inkişaf edib. Həkimlər müğənnini intubasiya edərək süni komaya salıblar. 

Madonna həmin günləri xatırlayaraq bildirib ki, reanimasiyada ona qulluq edən tibb bacısı Oliviya hər gün müğənniyə ayağa qalxmaq üçün motivasiya edib. Onun sözlərinə görə, Oliviya hər gün ona mübarizə aparmalı olduğunu xatırladır, bu isə ona cəsarət və ümid verirdi.

Uzun sürən müalicədən sonra Madonna tam sağalıb və yenidən səhnəyə qayıdıb. Müğənni müsahibə zamanı hər gecə yanında saxladığı bənövşəyi rəngli, "Oktaviya" adını verdiyi oyuncağını da nümayiş etdirib. O bildirib ki, bu oyuncağı müğəniyyə bacısı hədiyyə edib.

Oyuncaq ona reanimasiyada həyatını xilas etməyə kömək edən tibb bacısı Oliviyanı xatırladığından ona "Oktaviya" adını verib. Madonna etiraf edib ki, oyuncağın içliyi artıq köhnəlsə də, onu hələ də çox sevir və heç vaxt yanından ayırmır.

Bütün bu çətinliklərə baxmayaraq, sənətçi fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, yaşadığı sınaqlar bədəninin siqnallarını daha yaxşı dinləməyi və özünü həddindən artıq yormamağı öyrədib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar