Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı aktrisa Aysel İbrahimova dünən “Səs Azərbaycan” yarışmasında çıxış edib.
Lent.az xəbər verir ki, ifaçı 3 münsifi də döndürməyi bacarıb. Sonda isə Aysel münsif aşıq Samirə Əliyevanı seçib.
Bundan sonra Hüseyn Məhəmmoğlu şəxsi “Instagram” hesabında paylaşdığı hekayə ilə diqqət çəkib:
“Aşıq saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına”.
Klarnet ifaçısının bu paylaşımı sosial şəbəkələrdə gündəm olub.