Khole Kardaşyanın “xədim etmə” eyhamı   böyük səs-küyə səbəb oldu
30 sentyabr 2023 14:01 (UTC +04:00)

Khole Kardaşyanın “xədim etmə” eyhamı böyük səs-küyə səbəb oldu

Dünyaca məşhur model Khole Kardaşyanın “xədim etmə” eyhamı böyük səs-küyə səbəb olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Khole Kardaşyan bir müddət əvvəl ailəsi ilə birlikdə yer aldığı "The Kardashians" realiti-şousunda keçmiş sevgilisi Tristan Tompson ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Yaxın dostu Malika Haqqla şam yeməyinə çıxan Khloe, dostunun "Bəlkə ailənizi xilas etməyə cəhd edə bilərsiniz" sözlərinə belə cavab verib:

“Tristanın mənə etdiklərini kimsə qızıma etsəydi, yəqin ki, o adamı xədim edərdim və bunu edərkən gülümsəyərdim”.

# 3684
avatar

Oxşar yazılar