Saçlarının rəngini dəyişərək, qızılı rəngə boyayan məşhur aktrisa Hande Erçel yeni imicində ilk fotosunu paylaşıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 30 yaşlı aktrisa fotosunu 31,5 milyon izləyicisi olan şəxsi hesabında yayımlayıb.
Onun paylaşımına 8 mindən çox şərh yazılıb. Hande Erçelin yeni obrazı tərifdən çox, tənqidə məruz qalıb.