Hissə yeni maşını kim hədiyyə edib? - AÇIQLAMA
27 iyul 2022 11:01 (UTC +04:00)

Hissə yeni maşını kim hədiyyə edib? - AÇIQLAMA

Rep ifaçısı Hiss (Röya Məmmədova) yeni maşını ilə gündəmə gəlib. 

Lent.az xəbər verir ki, o, yeni maşının hədiyyə edilməsi ilə bağlı iddialar özünü doğrultmayıb. Belə ki, repçi xanım bu məsələyə "Instagram" hesabının hekayə bölməsində aydınlıq gətirib.

Gənc ifaçı bəzi xəbər saytlarını dünəndən bəri yalan məlumat vermələrinə görə qınayıb:

"Əziz və dəyərli xəbər saytları. Xahiş edirəm, xəbərləri paylaşanda başlıqları səhv fikirlərə yönəldəcək şəkildə yazmayın. Mən artıq "Opel"in simasıyam, bu, iş birliyidir. Maşını mənə heç kim hədiyyə etməyib. Maşın olmasaydı, qonorarı alacaqdım. Həm maşına gərək duyduğum, həm də çox bəyəndiyim üçün anlaşmanı "Mokka" qarşılığında etdik".

Qeyd edək ki, Hiss "İstəmirəm", "Karma" və s. kimi mahnıları ilə tanınıb.

# 3354
avatar

Nigar Namiq

Oxşar yazılar