Türkiyənin məşhur müğənnisi Hande Yener “vergi böhranı” iddiasına cavab verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni Hande Yener "Viza verilmədiyi üçün ABŞ-da Fenerbahçe ABŞ Dərnəyinin konsertinə gedə bilmədi" xəbərinə aydınlıq gətirib. Məşhur müğənninin vergi ödəmədiyi üçün yeni viza ala bilmədiyi iddia edilib.
Qeyd edək ki, iddianı təkzib edən Hande Yener rədd cavabı verilmədiyini, viza müraciətinin gecikdiyi üçün konsertə gedə bilmədiyini bildirib.