Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana sosial şəbəkədə onunla bağlı paylaşım edib.
Lent.az-ın xəbərinə görə, gəlin bildirib ki, M.İsgəndərli övladını ondan alıb:
"Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli, Allah böyükdür. Bunu unutma. Çox pis oluram. İnşallah, mən övladlarıma qovuşaram"..
Qeyd edək ki, Canana müğənninin oğlu Kərimlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda övladları Cananadan alınıb və atası ilə qalır.